Qarabağa Böyük Qayıdışın ən önəmli məqamları - "Azernews" qəzeti

13 Sentyabr 2021 12:12

Azernews qəzetinin məqaləsində Azərbaycanın işğaldan azad etdiyi ərazilərinin bərpası və yenidən qurulması üçün atdığı mühüm addımlardan bəhs edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, məqalədə bildirilir ki, beynəlxalq səviyyədə tanınmış ərazilərini Ermənistanın işğalından azad edən Azərbaycan bir il əvvəl uzaq yuxu kimi görünənlərin indi reallığa çevrildiyini dünyaya nümayiş etdirir.

Qeyd olunub ki, ölkə sentyabrın əvvəlində daha bir tarixi günü qeyd etdi. AZAL-a məxsus nəhəng "Qarabağ" təyyarəsi yeni inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanına endi. Yeni hava limanına eniş Qarabağa böyük qayıdışın daha bir simvoludur.

Yazıda böyük qayıdışı təmin edəcək amillərdən biri, Qarabağda tikilməkdə olan yolların son vəziyyəti haqqında detallar öz əksini tapıb. Bununla yanaşı, illərlə doğma torpaqlarına həsrət qalmış insanların yenidən o ərazilərə səfərlərinin təşkili də böyük qayıdışa töhfə verən addımlardan hesab olunub.

Milli.Az