Bakıda daha 4 həkim koronavirusa yoluxdu: birinin vəziyyəti ağırdır

13 Sentyabr 2021 12:00

Bakıdakı Kliniki Tibbi Mərkəzdə dörd həkim COVİD-19 koronavirusuna yoluxub.

Milli.Az bildirir ki, həkimlərdən birinin vəziyyəti ağırdır.

Sözügedən həkimlər koronavirusa yoluxmuş xəstələrin müalicəsi ilə məşğul idilər.

Milli.Az