Azərbaycan gimnastları İtaliyada Avropa çempionatında iştirak edəcəklər - FOTO

13 Sentyabr 2021 11:43

Azərbaycan gimnastları sentyabrın 17-19-da İtaliyanın Pezaro şəhərində keçiriləcək aerobika gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışda Azərbaycanı Vladimir Dolmatov, Nurcan Cabbarlı və Dilarə Qurbanova təmsil edəcək.

Avropa çempionatında 22 ölkədən 163 gənc və 163 böyük idmançı iştirak edəcək.

Milli.Az