Telman İsmayılovun Fransadakı villası əlindən alınır

13 Sentyabr 2021 13:10

Azərbaycanlı milyonçu Telman İsmayılovun Fransadakı villası əlindən alına bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, buna səbəb milyonçunun Rusiyanın BM-bank-ına kredit borclarıdır.

Üçmərtəbəli villa Valloris şəhərində yerləşir. Dəyəri milyonlarla avro ilə ölçülür.

Milli.Az