Rasim Balayevin aktyor oğlu məşhur filmdə çəkilib

13 Sentyabr 2021 11:46

Xalq artisti Rasim Balayev maraqlı açıqlaması ilə gündəmə gəlib.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, "Profil" verilişinə qonaq olan sənətçi övladlarından danışıb. Sənətkar onların tamam başqa sənəti seçdiklərini, onun yolunu davam etdirmədiklərini bildirib.

Xalq artisti onu da qeyd edib ki, övladlarından biri "Babək" filmində uşaq rollarından birinə çəkilib, lakin istedadı olmadığından bu sənəti davam etdirməyib:

"Onlar mənim günümü görürdülər. Nə qədər əziyyət çəkdiyimin şahidi olurdular. Bəlkə də, mənim kimi aktyor olmağa çəkindilər. Oğlumun biri "Babək" filmində kiçik bir epizoda çəkilib. Yadımdadır orada belə bir səhnə var: Ənvərlə gəlirik, su istəyirəm, deyirəm ki, Pərvin...

O səhnədə rol alan uşaq mənim oğlumdur.  Sonra mənə dedi ki, "Ata, bu nə ağır işdir?" Başqa sənətə yönəldi. Bəlkə də, istedadı olsa idi, davam etdirərdi".

Milli.Az