İdmanda növbəti nailiyyətləri əldə edə bilərik - Fərid Qayıbov

13 Sentyabr 2021 10:13

Ölkə Prezidenti İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir. Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik.

Milli.Az bildirir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "facebook" səhifəsində yazıb.

O, təbriklərə görə hər kəsə təşəkkürünü bildirib: "Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Fərid Fazil oğlu Qayıbov Prezident İlham Əliyevin 7 sentyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilib.

Milli.Az