Məşhur teleaparıcı vəfat etdi - FOTO

13 Sentyabr 2021 10:07

Məşhur jurnalist və teleaparıcı Anastasiya Anisimova Yekaterinburqda vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə onun direktor müavini vəzifəsində çalışdığı Sverdlovsk vilayətinin informasiya siyasəti şöbəsində məlumat verilib. 43 yaşlı aparıcı uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Anisimova 2001-ci ildən televiziyada çalışırdı.

Kamran Seyidov
Milli.Az