"Real Madrid"in hücumçusu La Liqanın tarixinə düşüb

13 Sentyabr 2021 12:58

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema La Liqanın tarixinə düşüb.

Milli.Az report-a istinadən bildirir ki, 34 yaşlı hücumçu buna IV turda "Selta Viqo" ilə oyunda het-trik etməklə nail olub.

Beləliklə, Benzema çempionatda 197 dəfə fərqlənib. O, 195 qol vurmuş "Valensiya"nın sabiq oyunçusu Edmundo Suaresi geridə qoyub və ən çox qol vuran futbolçular siyasında 10-cu pilləyə yüksəlib.

Qeyd edək ki, "Real Madrid" "Selta Viqo"ya 5:2 hesabı ilə qalib gəlib. Hazırda La Liqanın bombardiri 474 qolla Fransa PSJ-sində çıxış edən "Barselona"nın sabiq forvardı Lionel Messidir.

Milli.Az