Bakıda ən ucuz və ən bahalı kirayə mənzillərin qiymətləri

13 Sentyabr 2021 09:22

Avqust ayı ərzində Bakıda ən ucuz kirayə ev qiyməti Hövsanda qeydə alınıb və 170 manat təşkil edib. Ən bahalı kirayə mənzil isə 4500 manata Səbail rayonu ərazisində qeydə alınıb.

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

Ekspert bildirib ki, ümumi şəhər üzrə kirayə mənzillərin orta qiyməti 775 manat, o cümlədən 1 otaqlı mənzil 350 manat, 2 otaqlı mənzil 449 manat, 3 otaqlı mənzil 542 manat, 4 otaqlı mənzil 869, 5 otaqlı mənzil isə 1156 manat təşkil edib.

Onun sözlərinə görə, ümumilikdə avqust ayında Bakıda kirayə mənzil bazarında bahalaşma 0.36 faiz təşkil edib.

Milli.Az