İmişlidə avtomobil aşıb, iki nəfər xəsarət alıb

13 Sentyabr 2021 09:16

İmişlidə xəsarətlə nəticələnən yol qəzası olub.

Milli.Az bildirir ki, hadisə İmişli şəhərində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində İmişli şəhər sakinləri - 1999-cu il təvəllüdlü Həsənli Aqşin Səhliyar oğlu və 1999-cu il təvəllüdlü Rzayev Rahim İnqilab oğlu xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az