İŞİD terrorçuları İraqda 3 hərbçini öldürüblər

13 Sentyabr 2021 09:34

İŞİD terror qruplaşmasının yaraqlıları İraqın şərqində hərbçilərə qarşı iki hücum həyata keçiriblər, nəticədə 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İraqın "Shafaq" xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bir qrup silahlı əvvəlcə Diyala əyalətinin Əl-Əzim bölgəsində İraq ordusunun birinci diviziyasının alaylarından birinin hərbçilərinə hücum edib. Döyüşdə bir İraq əsgəri yaralanıb.

Bir neçə saat sonra terrorçular ət-Talaa kəndində başqa bir alayın əsgərlərinə hücum ediblər. Silahlılar ordu obyektini ələ keçiriblər, üç İraq hərbçisini öldürülüb, bir nəfəri isə yaralanıb.

"Bir qrup terrorçu orada barrikada quraraq döyüş meydanına qaçan təhlükəsizlik işçilərini vurublar. Qarşıdurmalar hələ də davam edir", - deyə mənbə əlavə edib.

Milli.Az