ABŞ Yunanıstanla hərbi əməkdaşlıq sazişi imzalayacaq

13 Sentyabr 2021 10:40

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib.

O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətindən azad edəcək.

Hökumət başçısının sözlərinə görə, yeni müqavilə ilə ABŞ "əvvəllər olmadıqları yerlərdə" də təmsil olunacaq ki, bu da ölkələr arasındakı strateji əməkdaşlıqdan xəbər verir.

Milli.Az