İctimai nəqliyyatın hərəkəti bərpa olundu

13 Sentyabr 2021 07:11

Bu gün saat 06:00-dan Azərbaycanda ictimai nəqliyyatın hərəkəti, o cümlədən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib.

Milli.Az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar sentyabrın 11-i saat 00:00-dan sentyabrın 13-ü saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.

Milli.Az