Rikkardo İtaliya Qran Prisinin qalibi olub

13 Sentyabr 2021 05:05

"Mclaren" komandasının avstraliyalı pilotu Daniel Rikkardo "Formula 1" üzrə İtaliya Qran Prisinin qalibi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışı ikinci yerdə avstraliyalının komanda yoldaşı britaniyalı Lando Norris, üçüncü yerdə isə "Mercedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas başa vurub.

Qeyd edək ki, "Formula 1"-in növbəti mərhələsi 24-26 sentyabr tarixlərində Rusiyada keçiriləcək.

Milli.Az