Gəncədə gənc qız sirkə turşusundan zəhərlənib

12 Sentyabr 2021 23:16

Gəncədə zəhərlənmə faktı qeyd alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 4-cü mikrorayonunda olub.

2004-cü il təvəllüdlü Nəzrin Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

N.Məmmədovanın sirkə turşusu içdiyi bildirilir.

Milli.Az