Əfqanıstan yeni humanitar böhranın astanasındadır - Rufiz Hafizoğlu - VİDEO - FOTO

12 Sentyabr 2021 22:10

Əfqanıstan yeni humanitar böhranın astanasındadır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu AZTV Qlobal-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu deyib.

O qeyd edib ki, təəssüflər olsun ki Əfqanıstanı humanitar böhrandan qurtarmaq üçün atılan cəhdlər və səylər də nəticəsiz qalacaq.

Onun sözlərinə görə, Taliban rəsmiləri yaxşı bilirlər ki, Qərbin onlarla hər hansı diplomatik əlaqələr quracağı inandırıcı deyil.

"Qərb Talibana etibar etmir" - deyə, Hafizoğlu bildirib.

Hafizoğlu hesab edir ki, Amerika və Qərb Əfqanıstanda demokratik dövlətin qurulmasında səy göstərsə də, xalqın buna nə qədər hazır olduğunu nəzərə almamışdı. "Taliban əldə olan bütün imkanları istifadə edərək Əfqanıstanda hakimiyyətə gəldiyini və bununla da Qərb diplomatiyası üzərində qalib gəldiyini açıq şəkildə göstərdi" - deyə o bildirib.

Milli.Az