Azərbaycanlı hücumçu “Slaviya”da debüt etdi

12 Sentyabr 2021 22:17

Futbol üzrə Belarus çempionatında 22-ci turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Ruslan Qurbanovun yenicə transfer olunduğu "Slaviya" (Mozır) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Brest "Rux"u ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Ruslan da bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb və debüt matçında 22 dəqiqə mübarizə aparıb.
 
"Slaviya" bu heç-heçədən sonra 15 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Milli.Az