Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - VİDEO

12 Sentyabr 2021 22:49

22:49

Rusiyanın İrkutsk vilayətində "L-410" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TASS-a operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, "üç sərnişin və bir pilot ölüb, ikinci pilot şok vəziyyətindədir".

Qalan 12 nəfər xəsarət alıb. Onlardan ikisi təyyarənin içərisində sıxılmış vəziyyətdə qalıb, onların çıxarılması üçün işlər görülür.

---------

20:46

Rusiyanın İrkutsk vilayətində L-410 sərnişin təyyarəsi sərt eniş edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə TASS-a fövqəladə xidmətlərdəki mənbə bildirib.

Məlumata görə, hava gəmisi Kazaçinski yaşayış məntəqəsindən 4 kilometr cənub-qərbdə sərt eniş edib. O, Kazaçinskiyə İrkutskdan uçurmuş. Təyyarənin göyərtəsində iki ekipaj üzvü daxil olmaqla, 14 nəfər olub. Eniş zamanı hava gəmisi tamamilə sıradan çıxıb. Bir neçə nəfər xəsarət alıb. 

Rusiya FHN təyyarənin sərt eniş etməsi barədə məlumatı təsdiqləyib.

Milli.Az