Salyanda avtomobil yeniyetməni vuraraq öldürüb

12 Sentyabr 2021 20:39

Salyan rayonunda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Salyan rayonunun Düzənlik kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 2005-ci il təvəllüdlü Əliyev Məhəmməd Rövşən oğlunu "Ford" markalı avtomobil vurub. Yaralı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az