Kərim Vəliyev Ankarada Heydər Əliyev Parkını ziyarət etdi - FOTO

12 Sentyabr 2021 20:18

Türkiyədə səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev sentyabrın 12-də Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib. 

Məlumata görə, general-leytenant Kərim Vəliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.

Milli.Az