Putinin Belarus səfərinin detalları açıqladı

12 Sentyabr 2021 18:27

Rusiya prezidenti Vladimir Putin MDB sammitində iştirak etmək üçün oktyabr ayında Belarusa səfər etməyi planlaşdırır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, o və Putin oktyabr ayında MDB ölkələrinin sammiti üçün Minskə səfərini razılaşdırıblar.

Peskov da bunu təsdiqləyib: "Bəli. Belə planlar var".

Milli.Az