"Qızlarıma görə teatrdan getdim"

12 Sentyabr 2021 17:42

"Teatr əvəzolunmaz sehirli bir yerdir. Maaşa, iş vaxtına baxmırsan. Səhnə həqiqətən sehirli yerdir. Ora üçün darıxmamaq mümkün deyil. Tək aktyorlar yox, digər işçilər də öyrəşir. Canlı ünsiyyətdir. İntriqalar da olur, amma onsuz maraqsız olar".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev "Kinomən" verilişində deyib. O, teatrdan getdiyi üçün peşman olduğunu deyib:

"Maddi yox, mənəvi tərəfdən yüksəkdir. Hər bir aktyorun evidir. Əlim xəstə olduğuna görə teatrda işləmirəm. Çox heyifslənirəm. Parkinson xəstəliyindən əziyyət çəkirəm. Böyük səhv etdim, uzaqlaşdım. ailəcanlı insanam, 4 qızım var. Oğlum olsaydı, işə göndərərdim. Qızlarıma görə el şənliklərinə üstünlük verdim, teatrdan getdim. Maddi tərəfdən onları təmin etdim: məktəvi, ailə qurmağı, cehizi var idi. Aktyoru təqaüdə çıxartmaq olmaz. Onu təqaüdə çıxaranda ölüm hökmünü imzalamış olursan. Yaşlı yaşlı obraz oynayar".

Milli.Az