Əfqanıstanda yenidən “taliblər”lə müqavimətçilər arasında döyüşlər başlayıb

12 Sentyabr 2021 17:21

Əfqanıstanın Bağlan əyalətində "Taliban" hərəkatının silahlıları ilə milli müqavimət cəbhəsinin silahlıları arasında döyüşlər yenidən başlayıb.

Milli.Az report-a istinadla xəbər verir ki, bu barədə TASS-a müqavimətçilərə yaxın mənbə bildirib.

"Bu səhər Bağlanda, Puli-Xisar regionunda "taliblər" və müqavimətçi silahlılar arasında döyüşlər yenidən başlayıb. "Taliban" silahlıları itki verərək, geri çəkilməyə məcbur ediliblər", - mənbə agentliyə bildirib.

Milli.Az