Böyük Britaniyada “COVID pasportu”nun tətbiqinə başlanmayacaq

12 Sentyabr 2021 17:07

Böyük Britaniyada vaksin pasportunun tətbiqinə başlanmayacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Britaniyanın Səhiyyə naziri Sacid Cavid BBC-yə açıqlamasında deyib.

O bildirib ki, hökumət lazımı araşdırmalar apararaq Böyük Britaniyada "COVID pasportu"nun tətbiqinə ehtiyac olmadığı qərarına gəlib.

Qeyd edək ki, ötən həftələrdə Böyük Britaniyadakı gecə klublarına və iri miqyaslı tədbirlərə giriş üçün insanlardan "COVID pasportu"larının tələbi ilə bağlı müzakirələr gedirdi.

Sacid Cavid həmçinin xarici ölkələrdən Britaniyaya səyahət edən insanlardan PCR testinin tələbi ilə bağlı qaydanın ləğv edilməsi üçün hökumət nümayəndələrinə müraciət etdiyini deyib.

Milli.Az