Beren ölən sevgilisinin qardaşının toyunda - FOTO

12 Sentyabr 2021 16:53

Aktrisa Beren Saat həyat yoldaşı müğənni Kenan Doğulu ilə illər əvvəl vəfat edən ilk sevgilisi Efe Gürayın qardaşı Yaman Gürayın toyunda iştirak edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı toyda mahnı oxuyarkən Beren də ona qatılıb.

Cütlüyün toydan olan görüntüləri sosial mediada paylaşılıb.

Qeyd edək ki, E.Güray 2004-cü ildə Ankarada baş vermiş yol qəzasında dünyasını dəyişib.

Milli.Az