"Barselona"nın futbolçusu üçün 2021-ci il erkən başa çatdı

12 Sentyabr 2021 16:25

"Barselona"nın futbolçusu Martin Breytueyt üçün 2021-ci il erkən başa çatıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçunun dizindəki zədə səbəbindən 3-4 aylıq sıradan çıxdığı bildirilib.

Qeyd edək ki, Breytueyt bu mövsüm 3 oyunda 2 qol vurub, 1 qolun ötürməsini verib.

Milli.Az