Duanın qəbul olunmasının 2 şərti

19 Sentyabr 2021 23:55

"Dedi: "Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəyərəm (qoyun cümə axşamı olsun və ya Yusufa qovuşmaq günü gəlib çatsın). Şübhəsiz, O, çox bağışlayan və mehribandır"". ("Yusif" 98).

O zaman ki, Yəqub (ə) peyğəmbərin oğlanları onun əl və ayağına düşürlər, ondan dua etməsini istədilər. Dedilər ki, atacan, Allahdan istə ki, bizim günahlarımızı və xatalarımızı bağışlasın. Çünki biz həqiqətən günahkar idik. Lakin atası onların istədiyini təxirə salır.

Əllamə Təbatəbai bu ayənin təfsirində buyurmuşdur: "Oğlanlarının istiğfarını ona görə təxirə salır ki, Allah ona Yusiflə (ə) görüşmək nemətini əta etsin və bu yolla da ürəyi sevinsin. Xəcalətin və qəmin bütün təsiri ürəyindən silinib getsin. O zaman istiğfar edəcəkdi. Bəzi hədislər buyurur ki, istiğfarı duaların qəbul olan zamanına qədər təxirə salmaq olar".

Duanın qəbul olmasında iki şərt.

Bu ayə duanın qəbul olmasının iki şərtini bəyan edir. Belə ki, birinci şərt budur ki, dua mövzusunda zəminə olsun ki, dua da münasib şəkildə həyata keçsin. İkincisi - dua edənin mənəvi və qəlbi halı dua üçün uyğun və münasib olsun.

O zaman ki, bu iki şərt mövcud olarsa, nəticəyə görə şübhə üçün yer qalmayacaqdır. Çünki Allah - Rəhim və Rəhmandır.

Əllamə Təbatəbai bu ayənin təfsirinin ardınca belə bir hədisi bəyan etmişdir ki, duanın zaman və saatına işarə edir. Muhəmməd ibni Müslim İmam Sadiqdən (ə) nəql edir ki, Yəqub (ə) oğlanlarına buyurur ki, istiğfarı ona görə təxirə salıram ki, cümə gecəsi gəlib çatsın.

Belə bir hədis Peyğəmbərdən (s) də nəql edilir ki, buyurub: "Qardaşım Yəqub (ə) oğlanlarına deyir: "Tezliklə sizin üçün Allah Təaladan bağışlanma istəyəcəyəm". Məqsədi bu idi ki, cümə gecəsi gəlib çatsın.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Dua etmək üçün ən yaxşı vaxt - səhər çağıdır". Sonra yuxarıdakı ayəni tilavət edir ("Yusif" 98) və buyurur: "Məqsədi bu idi ki, səhər çağı bağışlanma istəyəcəkdi".

İbn Abbas Peyğəmbərdən (s) nəql edir ki, bir nəfər Həzrətdən (s) soruşur ki, Yəqub (ə) niyə istiğfar etməyi təxirə salmışdır? Həzrət Peyğəmbər (s) cavab verir: "Təxirə salır ki, səhər çağı olsun. Çünki səhər edilən dua qəbul olar".

Quranın bu qısa ayəsi bizlərə 13 müraciət vermişdir:

1. Zülm - aylarla zillət çəkmək deməkdir. O zaman ki, qardaşları Yusifi (ə) quyuya atdılar, onların gülən və Yusifin (ə) zəlil olduğu gün idi. Lakin bu gün - əksinədir.

2. Günahların bağışlanması üçün İlahi övliyalara (ə) təvəssül etmək caizdir.

3. Ata duasının təsiri bir başqadır.

4. Tövbə üçün heç bir zaman gec deyildir.

5. Günahı etiraf etmək - bağışlanmanın zəminəsidir.

6. Dua üçün xüsusi saatlar ön planda gəlir.

7. Atanın övladına görə dua etməsinin təsiri xüsusidir.

8. Ata gərək kin saxlayan olmasın. Övladlarının xatasını ürəyində saxlamasın.

9. İnsan günahını boynuna alan zaman, onu danlamayın. O zaman ki, deyirlər biz günahkarıq, atası deyir ki, sizin üçün bağışlanma istəyəcəyəm.

10. Günahkar İlahi məğfirətə ümid bəsləməlidir.

11. İlahi övliyalara təvəssül edən zaman və duanın qəbul olması üçün səbirli olmaq lazımdır.

12. Həzrət Yəqub (ə) öz haqqından keçir və İlahi haqq üçün tövbə edəcəyi vədəni verir.

13. İlahi lütf böyük günah edənlərə belə şamil olur.

Allah Təala bizləri dua əhlindən qərar versin.

Milli.Az