Bu gün peyvənd vurulanların sayı açıqlandı

12 Sentyabr 2021 15:36

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 52 386 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 278 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 507 038, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 102 902 təşkil edir.

Milli.Az