Ağdam sakinləri növbəti dəfə doğma şəhərlərinə səfər ediblər - FOTO

12 Sentyabr 2021 14:33

Bu gü Ağdam sakinlərinin növbəti dəfə doğma şəhərlərinə səfəri təşkil olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ikinci dəfə təşkil olunan səfərdə ağdamlıları Azərbaycan Respublikası Prezdinin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Səfər iştirakçılarının Pənah Əli xanın İmarət kompleksinə, Ağdam Çörək muzeyinə, Ağdam cümə məscidinə və Şahbulaq qalasına getməsi nəzərdə tutulur.

Milli.Az