Dünyada koronavirusa yoluxanların sayı 224 milyonu keçib

12 Sentyabr 2021 13:46

Dünyada koronavirusa yoluxanların sayı 224 milyon nəfəri keçib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 224 272 830 nəfərə çatıb, koronavirusa yoluxanlardan 4 624 806 nəfəri ölüb.

Məlumata əsasən, 20 milyondan çox yoluxma halı qeydə alınan ölkələr sırasına ABŞ, Hindistan və Braziliya daxildir.

ABŞ-da koronavirusa 40 921 394 nəfər yoluxub, 659 691 nəfər isə koronavirusdan vəfat edib. Hindistanda bu göstəricilər müvafiq olaraq 33 236 921 və 442 655 nəfərə bərabərdir. Braziliyada isə hazırkı dövrədək 20 989 164 yoluxma və 586 558 ölüm halı qeydə alınıb.

Milli.Az