Millimizin futbolçusu Rusiya klubunda

12 Sentyabr 2021 13:04

Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyev Rusiyanın "Ximki" klubundan ayrılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu qonşu ölkənin digər təmsilçisi "SKA-Xabarovsk" klubuna keçib.

Bu barədə azərbaycanlı hücumçunun yeni klubu məlumat yayıb. Xabarovsklular Kamranı 2021/22 mövsümünün sonuna qədər icarəyə götürüblər.

Milli.Az