Sabirabadda ağır yol qəzası - ölən və yaralananlar var - FOTO

12 Sentyabr 2021 12:57

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib.

"Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az