ABŞ ordusu gələn il İraqı tərk edəcək

12 Sentyabr 2021 12:06

ABŞ-ın İraqdakı hərbi hissələri 2022-ci ilin dekabrın 31-nə kimi ölkə ərazisini tərk edəcəklər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İraq ordusunun birləşmiş qərargahının nümayəndəsi, general Tahsin əl-Həfaci mətbuata məlumat verib.

O bildirib ki, iki ölkə arasında aparılan dialoq nəticəsində bu qərar qəbul edilib.

Generalın sözlərinə görə, hazırda ABŞ-ın hərbi hissələri İraqın Eyn əl- Asad və İraq Kürdüstanının Əl-Həriri bölgələrində yerləşib.

Ötən ay İraqın Baş naziri Mustafa əl-Kaiminin ABŞ-a səfəri zamanı bu məsələ Prezident Cozef Baydenlə müzakirə edilib.

Milli.Az