Ramin Bayramlı istefa verdi

12 Sentyabr 2021 10:13

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib.

Milli.Az xəbər verir ki, bununla bağlı o, özünün tvitter hesabında yazıb.

R.Bayramlı yazıb: "Hörmətli dostlar!

Artıq TƏBİB-in İdarə Həyətinin sədri vəzifəsindən ayrılmağım üçün əraziə ilə müraciət etmişəm.

İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirem.

Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm".

Milli.Az