Prokuror küçədə çılpaq gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

12 Sentyabr 2021 10:06

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub.

Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələri gəzib-dolandığı, parka getdiyi görünür.

Svidnitsa şəhərinin sakinləri hadisə barədə polisə məlumat veriblər. Onun işinə baxılanadək məmur vəzifəsindən kənarlaşdırılıb.

Prokurora töhmət verilə və ya əmək haqqı azaldıla bilər. Onun öz işini itirəcəyi də istisna edilmir.

Milli.Az