İsrail HƏMAS-ın mövqelərinə zərbələr endirdi

12 Sentyabr 2021 09:10

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə raket atılmasına cavab olaraq həyata keçirilib.

Bildirilir ki, zərbələr HƏMAS-ın Qəzza zolağındakı yeraltı infrastrukturuna endirilib.

Xatırladaq ki, daha əvvəl Qəzza zolağından İsrail ərazisinə raket atılmışdı. Raket "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən vurulmuşdu.

Milli.Az