Ramin Bayramlı vəzifəsindən azad olundu?

11 Sentyabr 2021 23:31

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edildiyi bildirilir.

Milli.Az bildirir ki, bakupost.az-a bu barədə məlumatlı mənbədən məlumat verilib.

Hələlik rəsmi açıqlama və səbəbləri barədə informasiya verilməyib, yaxın saatlarda olacağı gözlənilir.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış xəbəri nə təkzib, nə də ki, təsdiq edib. "Dəqiqləşdirib deyərəm" kəlməsi ilə kifayətlənib.

Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı ciddi iradlar səsləndirilir.

Milli.Az