Türkiyədə koronavirusdan ölənlərin sayı artdı - FOTO

11 Sentyabr 2021 21:58

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb.

Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb.

Milli.Az