İzmirdə meşə yanğını başlayıb

11 Sentyabr 2021 21:56

Türkiyənin İzmir şəhərinin Karşıyaka rayonunda meşə yanğını başlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün havadan və qurudan iş aparılır.

Yanğının başlama səbəbi bilinmir. Bölgəyə üç yanğınspndürmə helikopteri, 10 suçiləyici, iki su tanker və yanğınsöndürmə briqadaları cəlb olunub.

Milli.Az