Ronaldu: "Bu stadion mənim üçün həmişə sehrli olub"

11 Sentyabr 2021 21:54

"Mançester Yunayted"in yeni transferi Kriştianu Ronaldu "qırmızı şeytanlar"a qayıdışından sonra çıxdığı ilk oyun haqqında fikirlərini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, görüşdə dubl edən 36 yaşlı hücumçu öz İnstaqram hesabında etdiyi paylaşımda deyib:

"Old Trafford'da oynamağım bu stadionun niyə xəyallar teatrı kimi təsəvvür edilməsinə qısa bir cavabdır. Mənim üçün bura həmişə sehrli olub. İstədiyiniz hər şeyi burada əldə edilə bilərsiniz. Komanda yoldaşlarımız və azarkeşlərimizin böyük dəstəyi ilə birlikdə inam və nikbinliklə irəliləyirik. Sonda qələbəni hamımız birlikdə qeyd edəcəyik. "Mançester Yunayted"ə qayıtmaqdan və yenidən Premyer Liqada oynamaqdan qürur duyuram. Ancaq hər şeydən əvvəl komandama kömək etdiyim üçün xoşbəxtəm!".

Qeyd edək ki, Ronaldu avqustun 31-i "Mançester Yunayted" ilə 2+1 illik müqavilə imzalayıb.

Milli.Az