Bottas sprint yarışlarının qalibi olub

11 Sentyabr 2021 20:09

"Mercedes" komandasının finlandiyalı pilotu Valttero Bottas "Formula-1" üzrə İtaliya Qran Prisində sprint yarışlarının qalibi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, sprint yarılşlarını ikinci yerdə "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen, üçüncü yerdə isə "Maclaren" komandasının avstraliyalı pilotu Daniel Rikkardo başa vurub.

Qeyd edək ki, İtaliya Qran Prisinin əsas yarışı sabah saat 17:00-da başlayacaq.

Milli.Az