İranda 444 nəfər koronavirusdan ölüb

11 Sentyabr 2021 19:26

İranda ötən sutka ərzində 444 nəfər koronavirusdan (COVID-19) ölüb, 16 654 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 113 824 nəfərə,

yoluxanların sayı isə 5 275 567 nəfərə çatıb. Virus daşıyıcılarından 7 347 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 538 419 nəfər koronavirusdan sağalıb, 30,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 33,9 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 22,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 11,8 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 168 rayon qırmızı, 209 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 71 rayon sarı zona hesab olunur.

Milli.Az