Həmyerlimiz üçün növbəti şans
18 Fevral 2012 10:50
Bu gün Türkiyənin Bank Asya birinci liqasında 22-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi "Erciyesspor" da bu gün növbəti oyununa çıxacaq.
Həmyerlimizin komandası evdə "Karşıyaka" ilə qarşılaşacaq. Qeyd edək ki, bu oyun öncəsində "Erciyesspor" 29 xalla 7-ci pillədə qərarlaşıb. Kayseri təmsilçisi son dövrlərdəki uğursuz çıxışına son qoymaq üçün bu rəqibini məğlub etməyə borcludu. Çünki "Karşıyaka" da 29 xalla 9-cu pillədə qərarlaşıb və altı xallıq oyunda qələbə çox vacibdi.
Son oyunlarda az forma geyən Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilir.
Türkiyə Bank Asya birinci liqası
22-ci tur
18 fevral
15:30. "Erciyesspor" - "Karşıyaka"
Milli.Az