Peyvənd olunanların sayı açıqlanıb

11 Sentyabr 2021 18:26

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 557 554, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 488 930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 068 624 təşkil edir.

Milli.Az