Qarabağı yenidən qurmalı və bərpa etməliyik - Türkiyəli deputat

11 Sentyabr 2021 17:25

Qarabağı yenidən qurmalı və bərpa etməliyik. İş adamlarımız energetika, mədən sənayesi, kənd təsərrüfatı və digər istiqamətdə fəaliyyət göstərmək üçün gələcək və Qarabağı canlandıracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ağdamda səfərdə olan Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının Türkiyə Böyük Millət Məclisindəki deputatı İbrahim Kürşat Tuna bildirib.

O deyib: "Ermənilərin azərbaycanlılara və türklərə etdiyi vəhşilikləri hamımız bilirik. Onlar tariximizə, memarlığımıza, hisslərimizə böyük zərbə vurublar. Zülm yerdə qalmadı və Qarabağ yenidən bizimdir".

Milli.Az