İmişlidə 16 yaşlı qızı oğurlayan 3 nəfər tutuldu

11 Sentyabr 2021 16:22

İmişli rayonunda 16 yaşlı qızı oğurlayan 3 nəfər saxlanılıb.

Milli.Az xəbər verir ki, hadisə sentyabrın 10-u saat 19 radələrində rayonun Cavadxanlı kəndində baş verib.

Xəlfəli kənd sakinləri - 2001-ci il təvəllüdlü Sahil Qurbanov, 1989-cu il təvəllüdlü Zaməddin Ağayev, 1991-ci il təvəllüdlü Baba Ağayev və Fərid adlı şəxs Cavadxanlı kənd sakini, 2005-ci il təvəllüdlü K.M-in yaşadığı evə girərək onu evlənmək məqsədilə zorla oğurlayıblar.

Hadisəni törədən S.Qurbanov, B.Ağayev və Z.Ağayev saxlanılıb. 16 yaşlı K.M isə ailəsinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.3-cü (yetkinlik yaşına çatmayan şəxsi oğurlamaq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Milli.Az