Suriyada Türkiyənin 2 hərbçisi şəhid olub, 3-ü yaralanıb

11 Sentyabr 2021 16:37

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilər hücuma məruz qalıb.

Milli.Az bildirir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb.

Yaralı hərbçilər hospitala yerləşdirilib.

Milli.Az