Türkiyədə zəlzələ baş verib

11 Sentyabr 2021 20:44

Türkiyənin Muğla vilayətinin Datça rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Yerli vaxtla 16:31-də baş verən zəlzələ Egey dənizində, Datçaya 40,07 kilometr məsafədə qeydə alınıb.

Zəlzələnin dərinliyi 8,02 kilometr təşkil edib.

Milli.Az