"Hazırda ölkədəyəm və..." - Elmar Vəliyevdən sui-qəsdən sonra ilk açıqlama

11 Sentyabr 2021 20:54

Uzun zamandır Elmar Vəliyev ona edilən sui- qəsddən sonra müalicə - reabilitasiya prosesləri keçirdi. O müalicə və reabilitasiya proseslərini xaricdə həyata keçirirdi. 

Milli.Az manset.az-a istinadən bildirir ki, Elmar Vəliyev vətənə qaydıb. O, ölkəyə qayıtdığını təsdiq edib.

" Bəli, hazırda ölkədəyəm. Müalicə və reabilitasiya məsələri yüksək səviyyədə getdi. Hazırda yaxşıyam. Özümü əla hiss edirəm. Mənimlə maraqlanan hər kəsə təşəkkür edirəm. İnşallah, sonra geniş danışarıq."

Qeyd edək ki, Elmar Vəliyevə qarşı sui - qəsd təşkil edən Yunis Səfərov hazırda həbsdədir və onun məhkəmə prosesləri gedir.

Milli.Az