Cennifer Lopezin sevgilisi ilə romantik dəqiqələri - FOTO

12 Sentyabr 2021 19:23

Dünya şöhrətli ulduz Cennifer Lopezin aktyor sevgilisi Ben Affleklə eşq macərası gündəmi zəbt etməyə davam edir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 78-ci Venesiya Film Festivalı üçün İtaliyaya gələn cütlük balkonda romantik dəqiqələr yaşarkən paparatsilərin kameralarına tuş gəlib.

İddia olunur ki, keçən ay Ben Afflek Ceyloya evlilik təklif edib. Müğənni bu təklifi qəbul edib.

Xatırladaq ki, məşhur cütlük 17 il əvvəl toylarına bir neçə gün qalmış ayrılmağa qərar vermişdi. (publika.az)

Milli.Az